Qafqaztimes xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiya İdarəsi (OCHA) Əfqanıstanda uşaqların hələ də mina və partlamamış hərbi sursatların qurbanı olduğunu bildirib.
Ofisin bildirdiyinə görə, son üç ayda Əfqanıstanda zorakılıqların azalmasına baxmayaraq, mina və müharibənin digər qalıqları nəticəsində uşaqların həlak olması və yaralanması ilə bağlı xəbərlər narahatlıq doğurur.
Ofisdən əlavə ediblər ki, bazar günü (noyabrın 7-də) Uruzqan əyalətində minanın partlaması nəticəsində 3 uşaq ölmüş, 3-ü isə yaralanmışdır.
Humanitar Məsələlərin Koordinasiya Ofisi (OCHA) qeyd edir ki, Birləşmiş Millətlər Təşkilatının Ərazilərin Minalardan Təmizlənməsi Agentliyi (UNMAS) Əfqanıstanda mina, müharibə qalıqları və əldəqayırma partlayıcı qurğuların yaratdığı təhlükə ilə mübarizə aparmaq üçün yerli və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq etməyə davam edir.
Uşaqlar və qadınlar son illərdə Əfqanıstandakı müharibənin əsas qurbanlarına çevrilmişlər.
