Qafqaztimes xəbər verir ki, İraqın Cinayət Məhkəməsi Əbubəkr Bağdadinin arvadını İŞİD terror qruplaşması ilə həmkarlıq və oğurlanmış qadınları evində saxlamaqda təqsirli bilərək, ona edam hökmü verib.
İraqın Ali Məhkəmə Şurasının Məlumat Mərkəzi bildirib ki, bu terrorçu qadın həm də Neynəva Əyalətinin tabeliyində olan Səncar şəhərində İŞİD terrorçularının oğurladığı qadınları öz evində saxlamaqda təqsirli bilinib.