Həmas Əl Qəssam Batalyolarının sözçüsü işğalçılara qarşı Fələstin xalqının əfsanəvi müqavimətinin davam edəcəyini vurğulayıb.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Əbu Übeydə bu gün (17 may) 32 həftə davam edən Qəzzə müharibəsinin davam etdiyi, amma bunula belə fələstinlilərin əfsanəvi müqavimətini vurğulayaraq deyib: Düşmən bəşəriyyət aləminə qarşı əlindən gələn hər bir cinayətə əl atdığı üçün bütün dünyada rəzil olub.
Əbu Übeydə bugünkü çıxışında sionist düşmənin Rəfəh, Cibaliyyə şəhəri və Əl Zeytun düşərgəsinə hücumu ilə özlərinə cəhənnəm hazırladıqlarını, ötən 10 gün ərzində Qəzzədə 100 hərbi təchizatının məhv edildiyini, həlak olmuş sionistlərin cəsədlərini belə tapa bilmədiklərini, getdikcə tələfatlarının çoxaldığını və Həmasın onlara qarşı yenilməz hücumlarını xatırladaraq deyib: İsrail qurunun oduna yaşı da yandırmaqla hər şeyi məhv edəcəyi xülyası yaşayır. Amma müqavimət yenilməyəcək və biz düşmənlə çox uzun sürən müharibəyə belə hazırıq.
1 şərh
Your writing has a way of resonating with me on a deep level. I appreciate the honesty and authenticity you bring to every post. Thank you for sharing your journey with us.