Ərəb dünyasının siyasi analitiki Livan Hizbullahı baş katibinin son çıxışından aldığı nəticələrə əsasən, müqavimət sionist rejimin istənilən səviyyədə hücumuna dəfələrlə üstün cavab vermək potensialına malikdir.
İRNA-nın məlumatına əsasən, Əbdülbari Ətvan Rəyil Yəvm qəzetində yazdığı məqalədə deyir: Seyid Həsən Nəsrullahın ötən çərşənbə axşamkı çıxışı 3 önəmli məsələni özündə əhatə edirdi və təbii ki, reaksiyalara səbəb oldu:
- Kipr prezidenti Nokos Kristodolis S.H.Nəsrullahın çıxışından dərhal sonra Livan əleyhinə hər hansı bir ekstremist niyyətinin olmadığını elan etdi.
- Sionist rejimin hərbi rəsmiləri İsrailin iqtisadi, siyasi, hərbi, ictimai baxımdan Livanla müharibəyə hazır olmadıqlarını nəzərə alaraq, həmçinin Hodhod dronu barədə xəbərlərdən sonra reaksiyaları da əlavə etməklə işğalçıların Livanla mübarizəyə hazır olmadıqlarının göstəricisidir.
- Nyu York Times qəzetinin sionist jurnalisti Tomas Fredmen də İsrailin hərbi cəhətdən Livanla müharibəyə hazır olmadığını, Hizbullahın bu rejimi tamamilə məhv edə biləcəyi barədə proqnozlar vermişdi. Hətta o, bu müharibənin Yaxın Şərqə sıçrayacağı, nəticədə Rusiya və Çinə də bulaşacağını demişdi.
Əbdülbari Ətvan məqaləsinin sonunda müharibə naziri Yoav Qallantın Hizbullara qarşı təhdidlərinə işarə edərək deyib: Biz belə təhdidləri çox görmüşük. Qalant öz təhdidlərini icra etmək istəyirsə, belə isə buyursun gəlsin ya da danışdığı sözün yerini bilsin! Mən əminəm ki, Tel Əviv Livanın Zahiyə şəhərindən sionistlərə tərəf atılan ilk raketdən öncə, onlar yerlə-yeksan olub xərtiədən silinmiş olacaqlar.