Yəmən Ənsarullah Hərəkatı siyasi bürosunun üzvü ABŞ və İngiltərəyə xitabən deyib: Bizim əməliyyatları dayandırmamızın ixtiyarı Qəzzədədir. Yəhya Sinvar bizə Qəzzədən bizə dediyi zaman biz də əməliyyatlarımızı dayandıracağıq.
Əl Aləm telekanalının məlumatına əsasən, Məhəmməd Əl Bəxiti bu gün (7 fevral) deyib: Yəmənin Qəzzə müharibəsinə görə mövqeyi digər ölkələrin müqavimətindən fərqlidiir. Bu gün Yəmən öz hərbi potensialı ilə ABŞ və İngiltərənin qarşısında dağ kimi dayanıb.
Əl Bəxiti əlavə edib: Biz qərarları özümüz veririk və supergüclərin qarşısına sinə gərənlərin yerinə başqaları qərar verə bilməz. Amma biz bu əməliyyatları dayandırmaq üçün Yəhya Sinvarın sözünü əldə əsas tutduğumuz üçün o bizə dediyi zaman Qırmızı dənizdəki əməliyyatlarımızı dayandıracağıq.