Neytron ulduzlar kainatın ən unikal cisimlərindəndir.
Alimlər hesab edirlər ki, onların diametri 15-20 km təşkil edir, lakin eyni zamanda kosmosdakı ən sıx obyektlər sırasındadır.
Onların kütləsi Günəşin kütləsindən 2 dəfə böyükdür. Sıxlığı isə Yerdəki istənilən təbii materialın sıxlığından onlarla trilyon dəfə çoxdur. Lakin elm adamları hələ də neytron ulduzlarının tam olaraq nədən ibarət olduğunu öyrənə bilmirlər.
ABŞ-ın Prinston Universitetinin alimləri bu problemin həlli ilə bağlı öz müşahidələrini təqdim ediblər.
Ölü nəhəng ulduzların soyumuş nüvələri olan neytron ulduzların içərisinə baxmaq çətindir. Bu ulduzları indiki teleskoplarla tədqiq etmək üçün çox kiçik və çox uzaqdır.
Buna görə də elm adamları hesablamalar aparmaq üçün dolayı məlumatlara əsaslanırlar.
Alimlər tərəfindən neytron ulduzunun diametrini ölçmək üçün yeni metod kəşf edilib.
Belə ki, neytron ulduzlar arasında toqquşmalar qravitasiya dalğalarının güclü emissiyalarının meydana çıxmasına səbəb olur.
Prinston Universitetindən Elias Mostun sözlərinə görə, neytron ulduzlarla bağlı hesablamaları qravitasiya dalğası siqnalından əldə etmək olar.
Prinston Universitetindən Karolin Reytel isə bildirib ki, bu məlumatlar neytron ulduzlarının nədən ibarət olduğunu ortaya çıxara bilər.
2 şərhlər
This is the perfect web site for anyone who wants to find out about this topic.
You know so much its almost tough to argue with you (not that I actually will need to…HaHa).
You certainly put a brand new spin on a subject that has
been discussed for ages. Wonderful stuff, just excellent!
Hello, i believe that i saw you visited my blog thus
i got here to return the prefer?.I am trying to to find issues to enhance
my website!I assume its adequate to use a few of your concepts!!