Zelinski: Artıq 13 gündür ki, biz ancaq vədə eşidirik

QafqazTimes xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelinski Qərb ölkələrini uçuşa qadağa zonası yaratmaqdan imtina etməklə və Ukraynaya döyüş təyyarələri təqdim etməməklə tələfatlara görə təqsirləndirib.

Rusiyanın Ukrayna ilə anlaşma tələbinə münasibət bildirən Zelinski deyib: “Düşünürəm ki, müvəqqəti işğal olunmuş ərazilər, Rusiyadan başqa heç kimin tanımadığı respublikalar və bu ərazilərdə insanların necə yaşayacağı bizim müzakirə edə biləcəyimiz və güzəştə gedə biləcəyimiz məsələlərdəndir.”

O, belə əlavə edib: “Mənim üçün önəmli olan insanların bu ərazilərdə necə yaşamaq istəməsi və kimin Ukraynanın bir hissəsi olmaq istəməsidir… Məsələ heç də qəbul edildiyi kimi asan deyildir.”

Zelinski həmçinin deyib: “Artıq 13 gündür ki, biz vədə eşidirik. 13 gündür ki, bizə yardımın yolda olduğunu, təyyarələrin gəlib çatacağını və bizə veriləcəyini deyirlər.”

Related posts

İsraillə dostluq baha başa gəlir

ABŞ- Narkomanların idarə etdiyi dövlət: Kapitoli binasında kokain tapıldı – FOTO

Bayden Yəməndəki fövqəladə vəziyyəti 1 il uzatdı