Zaqatalada kəndlər sel suları altında qaldı: Magistral yol bağlandı – FOTO

Ötən gün axşamdan etibarən yağan güclü leysan nəticəsində Zaqatala rayonunun Muxax, Mamrıx, Lahıc və Bəhmətli kəndləri sel suları altında qalıb.

Yağış suları adıçəkilən kəndlərin təsərrüfatlarına və həyətyanı sahələrinə dolub.

Güclü sel nəticəsində Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral yolunun Lahıc və Bəhmətli kəndləri ərazisindən keçən hissəsində yol bağlanıb.

Güclü leysan əkin sahələrinə və yol təsərrüfatına xeyli ziyan vurub. Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunublar.

Related posts

Şahin Mustafayev və İran səfiri arasında görüş olub

Avtomobili səkidə idarə edən sürücü həbs olundu – VİDEO

Bakıda 17 min manata pişik satılır – VİDEO