İrqçiliklə mübarizə simvolu olan Nelson Mandellanın nəvəsi Əlcəzairdə Afrika Millətlər Kubokunun babasının adına olan stadionda keçirilən açılış mərasimində Fələstin xalqının azadlığına dəstək olacağını vurğulayıb.
Əl-Aləm telekanalının bu gün verdiyi məlumata əsasən bu gün bu açılış mərasimdə Afrikanın keçmiş prezidenti Nelson Mandellanın nəvəsi Zwelivelile Mandelanın Fələstinə dəstək şüarı bütün stadionun həmrəyliyi ilə qarşılanıb.
Z.Mandella deyib: Fələstin azad olmadan bizim də azadlığımız kamil deyil. Elə buna görə də biz birlikdə Fələstinin azadlığı uğrunda mübarizə aparacağıq.
Qeyd edək ki, Mərakeşin qərbi Sahara səhrasında referendium vasitəsilə muxtariyyət yaratmaq və ayrıca parlament və dövlət qurmaq istəyi Polisario Cəbhəsinin narazılığına səbəb olub.
Afrika Millətlər Kuboku 2009-cu ildən təşkil olunur. Bu il Əlcəzair açılış turniri 18 ölkənin iştirakı ilə keçirilir və AMK-nın yarış tarixində ilk dəfə Əlcəzairdə keçirilir.Turnirə fevralın 4-də yekun vurulacaq.