Zəlzələdə zərər görən binanın sökülməsi zamanı qəza – VİDEO

Türkiyənin Kahramanmaraş şəhərində baş verən zəlzələlərdə ağır zədələnmiş binanın sökülməsi zamanı qəza baş verib.

12 mərtəbəli bina sökülərkən arxasındakı 7 mərtəbəli binanın üzərinə aşıb.

Həmin anlar söküntü işlərini izləyən vətəndaşın mobil telefon kamerasına əks olunub.

Videoda hər yerin toz buludu ilə örtüldüyü və möhkəm binanın bəzi hissələrinin zədələndiyi görüntülənib.

Anbaan qeyd edilən görüntülərdə bəzi vətəndaşların qışqırması da eşidilib.

Related posts

Rusiyada yarış avtomobili tamaşaçılara çırpıldı – VİDEO

“Qalatasaray” rəsmiləri “Fənərbağça”nın bayrağını almağa çalışdılar, döyüldülər – VİDEO

Moskvada teatr binasında həyəcanlı anlar: Tamaşaçılar təxliyə edildilər – FOTO