Zəbihullah Mücahid: Pakistan da daxil olmaqla heç bir ölkənin müdaxilə etməsinə icazə verməyəcəyik

Qafqaztimes xəbər verir ki, Taliban sözçüsü Zəbihullah Mücahid, Pakistan da daxil olmaqla heç bir ölkənin Əfqanıstanın siyasi işlərinə qarışmasına icazə verməyəcəklərini söyləyib.

O, medianın təbliğatına toxunaraq, əlavə edib ki, əgər Pakistanın Talibanın tərəfində olduğunu bildirirlərsə, bu anti təbliğat 20 ildir ki, bizə qarşı davam edir və biz bunu ciddi şəkildə rədd edirik.

Mücahid bildirib ki, Taliban qırx ölkə ilə müstəqillik və azadlıq uğrunda mübarizə aparmışdır. Buna görə də Pakistan kimi bir ölkəni necə özünə lider olaraq qəbul edə bilər?!

Taliban sözçüsü həmçinin, bu qrupun Pakistanın xeyrinə hər hansı bir addım atdığına dair heç kimin sübutu yoxdu, deyə söyləyib.

Zəbihullah Mücahid keçən həftə etdiyi çıxışında da qeyd edib ki, Pakistan hökuməti Talibanı qızışdırmaq problemini həll etməlidir. Bunlar Əfqanıstanın problemi deyildir.

Related posts

Bayden: Universitet antisemitizm məkanı deyil

İraq üçüncü dəfə sionist rejimin bir mövqeyini hədəfə aldı

ABŞ beynəlxalq məhkəməni hədələyir!