QafqazTimes.com dünya mətbuatına istnadən xəbər verir: 18 fevraldan başlayaraq Avropa təbiətin qəzəbinə düçar olub. Yunis qasırğası (tufan) Britaniyanı, digər Avropa ölkələrini ciddi sınağa çəkib. Təyyarə uçuşları ilə yanaşı, dəmir yol reysləri dayandırılıb. Tufan nəhəng gövdəli ağacları kökündən çıxarır, böyük idman zallarının dam örtüyünü qoparır, ağır avtomobilləri kibrit qutusu kimi aşırır. Ölənlər var.