Yunanıstan: Türkiyəyə qarşı ən pis ssenariyə hazırıq

QafqazTimes xəbər verir ki, Yunanıstanın müdafiə nazirinin müavini ölkənin silahlı qüvvələrinin gücünün artırılmasına toxunaraq, Afinanın Türkiyəyə qarşı istənilən ssenariyə hazır olduğunu bildirib.

“Greek City Times” saytının məlumatına görə, Yunanıstanın müdafiə nazirinin müavini Nikas Hardalias çərşənbə günü Türkiyənin ritorikasına və Yunanıstan hökumətinin hərbi sahəyə sərmayə qoymasına işarə edib.

Hardalias bildirib ki, Yunanıstanın baş naziri Kiriakas Mitsotakisin missiyası Yunanıstan hökuməti tarixində ən güclü silahlı qüvvələri qurmaqdır. O, Fransadan üç freqat və 24 “Rafale” qırıcı təyyarəsi aldığını xatırladıb və əlavə edib ki, Yunanıstan 2023-cü ildə F-16 qırıcılarından ibarət hava qüvvələri parkını təkmilləşdirəcək.

Qeyd edək ki, Türkiyə prezidenti şənbə günü yenidən Yunanıstanı hədələyərək bəyan edib ki, Türkiyə nəinki çətin dövrləri geridə qoyub, hətta, irəliləyərək yerli raketinin uçuş məsafəsini 565 km-dən 1000 km-ə çatdırmağı planlaşdırır.

Türkiyə prezidenti həmçinin deyib: “İzmirdən sınaqlar aparılır və oradan atılan raketlər yunanlıları qorxuda bilər.”

Greek City Times-ın məlumatına görə, Yunanıstanın müdafiə nazirinin müavini Türkiyənin bu ritorikasına da toxunaraq deyib: “Biz türklərin hər yeni nümayişinin arxasında nəyin gizləndiyini təxmin etməyə çalışmırıq. Biz davamlı və hər zaman, hər ssenari üçün planlar qurmağa davam edirik. Biz mümkün olan ən pis ssenariyə belə hazırıq.”

Yunanıstan mətbuatı çərşənbə axşamı yazıb ki, Yunanıstanın ABŞ-dan qabaqcıl F-35 döyüş təyyarələri alması ölkə üçün Türkiyəyə qarşı əhəmiyyətli hava və texnologiya üstünlüyü yaradacaqdır.

Related posts

Almaniya: Cövlan təpələrinin işğalı beynəlxalq qanun pozuntusudur

Colani üçün 10 milyon dollarlıq mükafat öz qüvvəsindədir

ABŞ: Qəzzədə atəşkəs zəruridir