Bakıda qadına qarşı əxlaqsızlıq edən taksi sürücüsü saxlanıldı – YENİLƏNİB (Video izlə)

Bu gün sosial şəbəkədə taksi sürücüsünün gənc qıza əxlaqsız təklifi ilə bağlı video yayılıb.

Məsələ ilə bağlı DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib ki, 1972-ci il təvəllüdlü sürücü müəyyən olunaraq saxlanılıb:

“Barəsində inzibati icraat işi açılıb. Araşdırma aparılır”.

11:48

Gecə saatlarında paytaxtda taksi sifariş edən xanıma qarşı sürücüdən əxlaqsız təklif olub.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Məlumata görə, orta yaşlı sürücü taksi xidmətində fəaliyyət göstərir. O, gənc xanıma öz dili ilə desək, “yaxınlıq etməyi” təklif edir. 

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis baş leytenantı Zeyni Hüseynov bildirib ki, görüntüdə xanım sərnişinə qarşı əxlaqsız hərəkətlər edən taksi sürücüsünün aşkar edilməsi və barəsində qanunvericiliyin tələblərinə uyğun tədbir görülməsi istiqamətində işlər aparılır:

“Paytaxt ərazisində şəxsi avtomobili ilə taksi fəaliyyəti göstərən bəzi sürücülərin xanım sərnişinlərlə qeyri-etik formada davranmaları barədə vətəndaşlardan polis orqanlarına daxil olan şikayətlərin hər biri araşdırılır”. 

Sözügedən görüntüləri təqdim edirik:

Related posts

İcra başçısının səsini eşitmədiyi üçün mikrofonla danışmağını istəyən əlil CƏZALANDIRILDI – FOTO

Azyaşlı ölümdən son anda xilas oldu – ANBAAN VİDEO

Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU – VİDEO