“Yüksək qiymətlərdən sonra böhran baş verəcək, hazır olmalıyıq” – Mikayıl Cabbarov

“Gələcəkdə yüksək qiymətlərdən sonra böhranlar da baş verəcək və bu qaçılmazdır”.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Onun sözlərinə görə, nə vaxt baş verəcəyini bilməsək də, buna hazır olmalıyıq və öz planlamalarımızı da buna görə hazırlayırıq.

“Aşağı qiymətlər də olacaq. Bu və ya digər məhsulun, malın qiymətinin aşağı düşməsi də müşahidə olunacaq. Vacib olan odur ki, biz istər müsbət konyukturada, istərsə də mənfi konyukturada öz sabitliyimizi, dayanıqlılığımızı saxlayaq”, – M.Cabbarov qeyd edib.

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir