Daşqınlardan sonra yolunu azan timsah yaşayış məntəqəsinə gəlib (Video izlə)

Son həftələrdə İranın onlarla əyalət və şəhərində baş verən sel daşqınlarından sonra yolunu azan bir timsah yaşayış bölgəsinə girib.

Belə ki, sosial şəbəkələrdə Sistan-Bəlucistan əyalətinin Dəştyari şəhərinin Rikukəş kəndinə daxil olmuş timsahın görüntüsü yayılıb.

Xatırladaq ki, İranda baş verən son sel daşqınları ölkənin 20 əyalətinə, 111 şəhərinə və 29 nəqliyyat qovşağına ciddi zərər vurub, 60-dan çox insan sel daşqınlarının qurbanı olub, yaxud itkin düşüb.

Related posts

Dubayda qeyri-adi sərgi: Əl işləri animasiyaya çevrildi – VİDEO

Gürcüstan parlamentində deputatlar arasında dava düşdü – VİDEO

Magistral yol çökdü: Avtomobillər və sürücülər dağıntılar altında qaldı – FOTO/VİDEO