Yük yerinə yerləşməyən heyvanı işgəncə ilə apardı (Video izlə)

Heyvana işgəncə verən sürücünün videosu sosial şəbəkədə yayılıb. 

10-MJ-648 qeydiyyat nişanlı “Qazel” markalı avtomobilin sürücüsü atı kəndirlə yük yerinə bağlayaraq yolboyu qaçırdıb. Bunu görən digər sürücü həmin anları videoya çəkərək sosial şəbəkədə paylaşıb.

Qeyd edək ki, qanunvericilikdən öncə, təbiətin canlı varlığına qarşı belə bir hərəkət etmək, ona işgəncə vermək qəbulolunmazdır. Heyvanlar yalnız xüsusi şəraitdə, avtomobilin yük yerində daşına bilər. Avtomobilin yük yeri həmin heyvan üçün kifayət etmədikdə, bu cür işgəncə verilərək aparılmamalıdır.

Related posts

İran: Müsəlman ölkələrinin Qəzzə müharibəsindəki mövqeyi tarixə yazılır

Qəzzada kütləvi məzarlıqlar…

İcra başçısının səsini eşitmədiyi üçün mikrofonla danışmağını istəyən əlil CƏZALANDIRILDI – FOTO