Biləsuvar rayonu Bağbanlar kəndi ərazisindən keçən yolda həyəcanlı anlar yaşanıb.
Sosial şəbəkələrdə yayılan görüntülərə əsasən maşını aşağı sürətlə idarə edən sürücünün yoluna məktəbli atılır. Onun həyatı sürücünün sayıqlığı nəticəsində son anda xilas olur.
Bu da bir daha kənd və məhəllədaxili, eləcə də məktəb yaxınlığından keçən yollarda sürət həddinin aşağı olmasının vacibliyini göstərir.
Sözügedən videonu təqdim edirik: