Bakıda “qoçuluq” edən qadın barədə araşdırma başladıldı (Video izlə)

Bakıda “qoçu” xanım sürücü peyda olub.  Hadisə Bakı-Sumqayıt yolunda (Masazır dairəsində) baş verib. Belə ki, 77-AF-960 qeydiyyat nişanlı “Mazda” markalı avtomobilin sürücüsü öncə manevr qaydasını pozaraq görüntünü qeydə alan sürücüyə maneə yaradıb. Sürücü təhlükə yarandığını görən zaman ona səs siqnalı ilə xəbərdarlıq edib. Bundan qəzəblənən xanım sürücü görüntünü qeydə alan avtomobilin arxasınca gedərək onun qarşısını kəsib, daha sonra avtomobilin banına zərbələr endirib.

Sürücü buna əhəmiyyət verməyib yoluna davam etsə də, xanım sürücü bu hərəkəti davamlı şəkildə törətməyə başlayıb.

“Qoçuluq” edən qadın sürücü barəsində araşdırma başladılıb.

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimai qurumlarla əlaqə şöbəsindən bildirilib ki, sosial şəbəkədə yayılan videogörüntülərdən məlumatlıdırlar:

“Məsələ tərəfimizdən araşdırılır. Araşdırmanın yekun nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”.

Sözügedən videonu təqdim edirik:

Related posts

İcra başçısının səsini eşitmədiyi üçün mikrofonla danışmağını istəyən əlil CƏZALANDIRILDI – FOTO

Azyaşlı ölümdən son anda xilas oldu – ANBAAN VİDEO

Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU – VİDEO