Yolda alovlanan maşın evləri və avtomobilləri də yandırdı (Video izlə)

ABŞ-da yanacaq daşıyan yük maşını aşıb.

Qəzadan sonra yaxınlıqdakı avtomobillər və evlər yanıb.

Hadisə Merilend ştatında magistral yolda baş verib.

Yanğınsöndürmə idarəsinin rəisi Frederik Tom Kounun sözlərinə görə, yanacaq daşıyan maşınla baş verən qəzadan sonra üç ev və üç avtomobil yanıb. Lakin insanlardan heç biri xəsarət almayıb.

Yanğınların söndürülməsinə 40 dəqiqəyə yaxın vaxt sərf olunduğu qeyd edilir. Qəzanın təfərrüatları məlum deyil.

Related posts

Əfqanıstanda helikopter məktəbə çırpıldı – VİDEO

Günəşdəki güclü partlayışının görüntüsü yayımlandı – VİDEO

ABŞ- Narkomanların idarə etdiyi dövlət: Kapitoli binasında kokain tapıldı – FOTO