Yerusəlim patriarxı: Sionistlər Yerusəlimdə xristianların təhlükəsizliyini təhdid edir

QafqazTimes xəbər verir ki, Qüds pravoslavlarının liderlərindən biri yepiskop (patriarx) III Teofil bəyan edib ki, ekstremist sionist qruplar Qüdsün köhnə hissəsində xristianların təhlükəsizliyini təhdid edirlər.

O, İngiltərənin “Times” qəzetində dərc olunan köşə yazılarının birində yazıb ki, onun nəfərinə görə, məqsəd hər üç səmavi din, yəni yəhudilik, xristianlıq və islam üçün müqəddəs yerləri özündə birləşdirən Müqəddəs Qüdsdən xristian icmasını çıxartmaqdır.

III Teofil belə vurğulayıb “Yerusəlimdəki vəziyyətimiz təhlükə altındadır. Kilsələrimiz İsrail ekstremist qrupları tərəfindən təhdid edilir. Qüdsdəki xristian icması bu sionist ekstremistlərin əlindən çox əziyyət çəkir. Qardaş və bacılarımız nifrətin qurbanı olurlar. Kilsələrimiz daim dağıdılır və təhqir olunur. Din xadimlərimiz dəfələrlə təhdidlərə məruz qalıb.”

Bununla bağlı bir sionist rəsmisi bu rejimin Xarici İşlər Nazirliyinin dekabrın 22-də yaydığı bəyanata istinad edərək 3-cü Teofilin açıqlamalarının həqiqətdən uzaq olduğunu iddia edib. Adı çəkilən bəyanatda İsrail rejiminin bütün dinlərin ardıcılları üçün din və ibadət azadlığına, həmçinin müqəddəs yerlərə giriş azadlığına sadiq olduğu iddia edilir.

Related posts

Sionist rejim ordusu Həmasla razılığa gəlmək üçün mövqelərindən çəkilir

Qəzza…

Dünyanı kim qarışdırır?