Yerin orbitində insanların sayı rekord həddə çatdı (Video izlə)

Çinin “Şençjou-16” kosmik gəmisinin orbitə buraxılması uğurlu olub. Hazırda Yerin orbitində rekord sayda insan – 17 nəfər var.

Bu barədə Çin İnsanlı Kosmik Uçuş Proqramı İdarəsi (CMSA) məlumat yayıb.

Qeyd edilir ki, “Shenzhou-16” kosmik gəmisi üç taykonavtdan (çinli kosmonavt) ibarət heyətlə mayın 30-da orbitə yollanıb. “Tiangong” orbital stansiyasında çinli kosmonavtları artıq üç həmyerlisi gözləyib (yeni gəminin gəlişindən qısa müddət sonra onların Yerə qayıtmaları planlaşdırılır).

Bundan əlavə, hazırda BKS-də Rusiyanın “Soyuz MS-23” kosmik gəmisinin 3 nəfər, ABŞ-nin “Crew Dragon” 4 nəfər və “Axiom Space AX-2”nin şəxsi missiyasının 4 nəfər ekipajı olmaqla 11 nəfər var.

Bundan əvvəlki rekord 2021-ci il sentyabrın 16-da qeydə alınıb. Həmin vaxt 14 nəfər eyni vaxtda orbitdə idi: BKS-də yeddi nəfər, “Shenzhou-16” kosmik gəmisində üç taykonavt  və “Crew Dragon” kosmik gəmisində şəxsi missiyanın bir hissəsi kimi dörd amerikalı. Bundan əvvəl rekord 1995-ci ilin martında olub (eyni vaxtda 13 nəfər).

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi