Bakıda yol vermək davası: Sürücünü dörd nəfər döydü – FOTO/VİDEO

Bakıda parklanma sahəsindən çıxarkən iki sürücü arasında yaranan mübahisə dava ilə nəticələnib.

Hadisə Bakı Dəniz Vağzalının qarşısında baş verib.

Bəşir Baxşəliyev dörd nəfər tərəfindən döyüldüyünü bildirib.

Onun sözlərinə görə, arxadan gələn “Mercedes-Benz” markalı avtomobilə yol versə də, sürücüsü onu təqib edib. Sonda avtomobili qarşıda saxlayarkən sürücü ilə yanaşı üç nəfər B.Baxşəliyevə hücum çəkib.

İnsidentdən sonra hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım gəlib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, ərazi üzrə polis orqanında araşdırma aparılır.

Related posts

Bakının mərkəzində qeyri-adi qəza: Maşın mağazaya girdi – VİDEO

Neftçalada üzərində güllə izi olan insan sümüyü tapıldı – FOTO

Viza düzəltmək adı ilə 200-dən çox şəxsi aldadan qadın həbs edildi – FOTO