Yer kürəsində güclü geomaqnit qasırğası: XƏBƏRDARLIQ  (Video izlə)

Yer kürəsində güclü geomaqnit qasırğası müşahidə edilir. Qasırğanın 3 gün davam edəcəyi proqnozlaşdırılır.

Coğrafiya İnstitunun şöbə müdiri Ənvər Əliyev deyir ki, son günlər Günəşin daxilindəki aktivlik geomaqnit qasırğası ilə nəticələnib. Günəşdə bu proses hər 11 ildən bir təkrarlanır. Günəş səthinin maqnit ləkələri ilə örtülü olan hissəsində partlayış nəticəsində əmələ gələn qızmar buludlar yer kürəsinə yayılır. Bu proses həm kommunikasiya xətlərinə, süni peyklərin orbitinə, eləcə də insanların sağlamlığına təsir edir.

Həkim- terapevt Sübhan Hacıyev isə geomaqnit qasırğası ilə bağlı meteohəssas insanlara xəbərdarlıq edib. O deyib ki, qasırğa baş verən zaman xüsusilə xroniki ürək damar xəstələyi olan və arterial təzyiqdən əziyyət çəkən insanlar diqqətli olmalıdırlar. Geomaqnit qasırğası hətta ölümə də səbəb ola bilər.

Həkim bildirib ki, son günlər geomaqnit qasırğasının törətdiyi fəsadlarla bağlı xəstəxanaya müraciət edənlərin sayı çoxalıb.

Related posts

“Google” rəsmi proqramlarla bağlı yenilik etdi

Qonşu ölkədə 2000 il yaşı olan insan qalıqları tapılıb – VİDEO

Çin ikinəfərlik uçan avtomobilin satış tarixini açıqladı – VİDEO