Yerə 31 milyon kilometr məsafədən pişik videosu göndərildi – VİDEO

NASA Reaktiv Hərəkət Laboratoriyasının (JPL) mütəxəssisləri 31 milyon km-lik rekord məsafədən (planetimizlə Ay arasındakı məsafədən təxminən 80 dəfə çox) Yerə ultra yüksəkdəqiqlikli video ötürüblər.

Bu barədə kosmik agentliyin rəsmi saytında məlumat verilib.

Bildirilir ki, fayl lazer vasitəsilə “Psixeya” kosmik gəmisindən göndərilib.

15 saniyəlik videonun qəhrəmanı JPL işçilərindən birinin Taters adlı kürən pişiyi olub. Videoda ev heyvanının lazer göstəricinin şüası ilə oynaması əks olunub.

Video siqnalın Yerə çatması 101 saniyə çəkib; o, San-Diyeqodakı Kaliforniya Texnologiya İnstitutunun Palomar Rəsədxanasındakı “Hale” Teleskopu tərəfindən qəbul edilib və sonra genişzolaqlı şəbəkə vasitəsilə saniyədə 267 meqabit sürətlə JPL-ə ötürülüb.

NASA rəsmilərinin fikrincə, nümayiş lazer rabitəsinin inkişafında tarixi bir mərhələ olub. Bunun sayəsində məlumatların dərin kosmosdan indiki radiotezlik sistemlərindən 10-100 dəfə daha sürətli ötürülməsinə imkan verəcək.

Related posts

Messi və yoldaşlarının maaşları bəlli olub –

Hindistanda azı şiddətli ildırımlar: Ölənlər var – FOTO

Romada dəbdəbəli mağazalara kütləvi şəkildə boya töküblər – FOTO