Yeni Zelandiyanın paytaxtında güclü yanğın: Çox sayda ölü və yaralı var – FOTO

Yeni Zelandiyanın paytaxtı Vellinqtonda hosteldə yanğın baş verib.

Hadisə zamanı altı nəfər həlak olub, azı 11 nəfər itkin düşüb.

92 otaqlı hosteldə yanğının gecəyarısına yaxın başladığı bildirilir. Binanın bir hissəsi dağılıb, ona görə də polis və yanğınsöndürənlərin hələlik ona tam girişi yoxdur.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları altı nəfərin meyitini tapıblar, daha 11 nəfər itkin düşmüş hesab olunur.

Ölənlərin sayının artacağı istisna edilmir.

Related posts

Gürcüstan parlamentində deputatlar arasında dava düşdü – VİDEO

Nəhəng ağacın uşağın üzərinə düşməsinin DƏHŞƏTLİ GÖRÜNTÜLƏRİ – VİDEO

Meşədən kütləvi köç edən qırxayaqlıların görüntüsü tayvanlıları dəhşətə gətirdi – VİDEO