Yeni virus – “mirus” tapılıb – FOTO

Mirusvirus, ces étranges virus à la croisée des chemins de l'évolution

Dənizlərin və okeanların günəşlə işıqlanan səthlərində yaşayan yeni virus növü aşkar edilib. “Mirus” adlanan bu orqanizmlər “herpes” virusları ilə əlaqələndirilir.

Bu barədə “Nature” elmi jurnalında məqalə dərc olunub.

Bildirilir ki, latın dilində ecazkar və qəribə mənasını verən “mirus”lar insanlara təsir etmir. Onlar yalnız birhüceyrəli planktonu yoluxdurmağa meyllidirlər. Amma bu o deməkdir ki, herpes viruslarının əcdadları bir zamanlar dənizlərdəki təkhüceyrəli orqanizmləri də yoluxdurmuşlar.

Alimlər hesab edir ki, “mirus”un kəşfi bədənin müxtəlif yerlərində uçuq yaralarına səbəb olan “herpes” virusunun mənşəyini başa düşməyə kömək edəcək.

Məqalədə əvvəllər görülməmiş bu viruslar qrupunun son dərəcə unikal xüsusiyyətləri olduğu vurğulanıb.

“Mirus”lar əvvəllər müəyyən edilmiş bütün digər DNT virus qruplarından xeyli fərqlənir”, – deyə müəlliflər vurğulayıblar.

Tədqiqatçılar “mirus” viruslarıyla bağlı hələ çox araşdırma aparılmalı olduğunu qeyd ediblər.

Related posts

Relsdən çıxan yük qatarı alovlara büründü – FOTO/VİDEO

Arvadı ilə ayrılmasına səbəb olan şəxsi hər kəsin gözü qarşısında güllələdi – VİDEO

Türkiyəli fermer ayıya məktub yazdı: “Ayı qardaş, açar ayaqaltının altındadır” – FOTO