Yeni reaktiv skeytbord hazırlandı – FOTO

Pekin Energetika İnstitutunda SF-FB-30 hava skeytbordunun prototipini yaradılıb. Onun əsas xüsusiyyəti dörd kompakt reaktiv mühərrikdən istifadə etməsidir.

Qeyd olunur ki, şəxsi nəqliyyat vasitəsi insanı və ya çəkisi təxminən 100 kq olan hər hansı digər yükü havaya qaldırmağa qadirdir. Eyni zamanda, SF-FB-30 150 km/saat sürətlə hərəkət edə bilir.

Skeytbordun maksimum “güc ehtiyatı” 10 dəqiqədir.

İddia olunur ki, bu müddət ərzində qurğu orta hesabla 60 km/saat sürətlə 3 km-ə qədər məsafə qət edə bilir.

Maraqlıdır ki, cihaz eyni zamanda avtonom idarəetmə sisteminə malikdir. Yəni, əslində, SF-FB-30 reaktiv mühərrikləri olan hava dronudur.

Bu nəqliyyat vasitələrinin insanlar üzərində sınaqdan keçirilməsi 2023-cü ilə planlaşdırılıb.

Related posts

Dubayda qeyri-adi sərgi: Əl işləri animasiyaya çevrildi – VİDEO

Gürcüstan parlamentində deputatlar arasında dava düşdü – VİDEO

Magistral yol çökdü: Avtomobillər və sürücülər dağıntılar altında qaldı – FOTO/VİDEO