Yeni doğulmuş körpəni binanın girişində tərk edib gedən qadın axtarılır (Video izlə)

Moskvada qadın yeddigünlük qızını binanın girişində qoyub gedib. Bununla bağlı şəhər prokurorluğu video paylaşıb. Videoda qucağında körpə tutan maskalı qadının Paromnaya küçəsindəki evlərdən birinin girişinə daxil olmasını əks etdirən görüntülər əks olunub. O, körpə qızı birinci mərtəbədəki pilləkənlərdə əlillər üçün pandusun yanında qoyub.

Ananın kimliyi artıq müəyyənləşib. Məlum olub ki, o, daha əvvəl də uşağı təhlükə altında qoyduğu üçün məhkum edilib.

Hazırda qadın axtarışdadır.

Related posts

ABŞ-da adamyeyənlik: Yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi – FOTO

Ukraynanın səmasında daha bir işıq saçan müəmmalı obyekt görünüb – VİDEO

300 il öncə batmış şəhər yenidən göründü – FOTO