Yelmar Vəliyev və oğlu bir-birini küçə söyüşləri ilə söyüb, qonşular yığışıb – Atasından gizli…

Gəncə Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Yelmar Vəliyevlə oğlu Elmir Vəliyev arasında qalmaqal baş verib.

Nəticədə ata-oğul bir-birinin ünvanına ağır ifadələr səsləndirib, bu zaman yaranan səs-küyə qonşular toplaşıb.

Vəliyevin Göygöl rayonundakı qonşularından biri deyib ki, narazılıq mal-mülk üstündə olub.

Belə ki, Yelmar Vəliyev külli miqdarda borclu olduğu şəxslərdən birinə Yevlax rayonu ərazisində yerləşən dəvə fermasını təklif edib. Xatırladaq ki, keçmiş icra başçısı hələ Yevlaxda icra başçısı olduğu dövrdə bu təsərrüfatı qurub, daha sonra inkişaf etdirərək yüzdən artıq dəvəyə sahib olub.

Mənbə bildirib ki, E.Vəliyevlə borc sahibi arasında anlaşma əldə olunsa da təhvil-təslim baş tutmayıb. Fermanın sənədləşdirməsi zamanı məlum olub ki, keçmiş icra başçsının oğlu Elmir Vəliyev atasından xəbərsiz həmin fermanı başqa şəxsə satıb. Əsl həngamə də bu sirrin üstü açılanda baş verib. Oğlunu küçə söyüşləri ilə təhiqr edən Yelmar Vəliyevin qəzəbli bağırtısına qonşular toplaşıb. Şahidin dediyinə görə, oğlu da atasının söyüşlərinə adekvat cavablar qaytarıb.

Mübahisə Yelmar Vəliyev oğlunu evdən qovması ilə yekunlaşsa da, qalmaqalın bununla bitəcəyi ağlabatan görünmür.

Çünki,icra başçısı olduğu dövrdə milyonlarla dollar borca girən E.Vəliyevin əmlakını sataraq vəziyyətdən çıxmaq cəhdləri bu və ya digər səbəblərdən mümkün olmur…

Related posts

Pezeşkian Azərbaycan xalqına başsağlığı verdi

Pezeşkian: Siz bizim qardaşlarımızsınız

ABŞ-ın proksisi İsrail, İsrailin proksisi Azərbaycan… – Video