Bakıda İran və Azərbaycan Respublikasının Birgə İqtisadi Komissiyasının 15-ci iclası

QafqazTimes xəbər verir ki, İran xarici işlər nazirinin iqtisadi diplomatiya üzrə müavini Mehdi Səfəri 11 mart tarixində Bakıda keçirilməsi nəzərdə tutulan Azərbaycan Respublikası ilə Birgə İqtisadi Komissiyanın 15-ci iclası ərəfəsində İranın yeni hökumətinin çoxşaxəli iqtisadi diplomasiyaya malik olduğunu bir daha vurğulayıb. O, bildirib ki, İran İslam Respublikası dünyanın hər yerində müxtəlif ölkələrlə iqtisadi əlaqələrin gücləndirilməsinə önəm verir və bu məsələdə ölkəmizin iqtisadi diplomatiyasında qonşu dövlətlərin xüsusi yeri vardır.

O, İran İslam Respublikasının xarici siyasətində Azərbaycan Respublikasının əhəmiyyətini vurğulayaraq, Tehran və Bakı arasında birbaşa aviareyslərin bərpası istiqamətindəki səylərin nəticələrindən məmnunluğunu bildirərək deyib: “Azərbaycan Respublikası ilə Birgə İqtisadi Komissiyanın 15-ci iclasının keçirilməsi iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən tranzit, dəmir yolu, avtomobil, dəniz və hava nəqliyyatı, ticarət və digər sahələrdə anlaşma və razılaşmaların əldə edilməsi üçün gözəl fürsətdir.”

İran xarici işlər nazirinin iqtisadi diplomatiya üzrə müavini həmçinin Azərbaycanda bir neçə tikinti layihəsinin planlaşdırıldığını qeyd edərək, bu sahədə mükəmməl imkanlara malik İran şirkətlərinin daha çox layihələrin həyata keçirilməsində iştirak edə biləcəklərinə ümid etdiyini bildirib.

Related posts

Yəhudilər Qəzzada döyüşdən qaçır…

Xırdalanda sahibsiz itlər qadına hücum edib yerə yıxdılar – ANBAAN VİDEO

Bakının mərkəzində MƏSULİYYƏTSİZLİK: Çox sayda maşının təkəri sıradan çıxdı – VİDEO