Yeddi yaşlı qız ad günündə parkda nadir brilyant tapdı – FOTO

Bu ayın əvvəlində yeddi yaşını qeyd edən qız Arkanzas ştatının parkında nadir 2,95 karat çəkidə qızılı-qəhvəyi almaz tapıb.

Verilən məlumata görə, Paraqulddan olan Aspen Braun atası və nənəsi ilə birlikdə “Almaz krateri” dövlət parkına səyahət zamanı noxud böyüklüyündə qiymətli daş tapıb. O, qədim almazla zəngin olan vulkan səthinin hündürlüyündəki böyük daşlar toplusunun yanında dincəlirmiş. Bu zaman parlaq bir şey onun diqqətini çəkib.

“Daha sonra isə ​​onun mənə tərəf qaçaraq “Ata! Ata! Mən bir şey tapdım!” dediyini xatırlayıram”, – deyə onun atası Lüter Braun bildirib.

Ailə tapıntını qiymətləndirmək üçün ekspertlərə aparıb və onlar qızın həqiqətən də nəhəng bir brilyant tapdığını təsdiqləyiblər.

Nadir daşın dəyəri sirr olaraq qalır. Ad günü münasibəti ilə Aspen qiymətli daşa öz adını verməyə qərar verib.

“Aspen brilyantı qızılı qəhvəyi rəngə və işıq saçan parıltıya malikdir. Bu, qırıq kənarları olmayan və almazın yaranması zamanı bir tərəfində əmələ gələn kiçik bir boşluğu olan bütöv kristaldır”, – deyə park gözətçisinin köməkçisi Ueymon Koks bildirib.

Related posts

21avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)

18 avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)

17 avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)