Tehran-Bakı hərbi əlaqələri genişləndirir

İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında hərbi-müdafiə həmkarlığı sənədi iki ölkənin hərbi rəsmiləri arasında imzalanıb.

İran İslam Respublikası Silahlı Qüvvələri Baş Qərargahının beynəlxalq əməkdaşlıqlar üzrə rəis müavini general-mayor Məhəmməd Əhədi İran və Azərbaycan Respublikası arasında birgə hərbi-müdafiə əməkdaşlıqları komissiyasının 3-cü iclasının təşkili məqsədilə yüksək rütbəli hərbi nümayəndə heyəti ilə Bakıya səfər edib.

İran İslam Respublikası Silahlı Qüvvələri Baş Qərargahının beynəlxalq əməkdaşlıqlar üzrə rəis müavini Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, prezident köməkçisi Hikmət Hacıyev və Azərbaycan Respublikası baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb hərbi-müdafiə sektoru xüsusiyyət təşkil etməklə ikitərəfli əlaqələrin genişləndirilməsi, dərinləşdirilməsi, bəzi regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıb.

Related posts

Belçika və Fransa Haaqa Məhkəməsinin qərarına dəstək verdi

İraq İslami Müqavimət qrupları bir daha FƏləstin xalqına dəstək duracaqlarını sübut etdi

Vaşinqton Rəfəh keçidi barədə Tel Əvivə təklif etdi