Yeddi il əvvəl oğurlanan həkim sərbəst buraxıldı – FOTO

Avstraliya yeddi il əvvəl Qərbi Afrikada oğurlanmış vətəndaşı Kennet Elliotun vətəninə qaytarılmasına nail olub.

Bu barədə Avstraliya xarici işlər naziri Penni Vonq qurumun saytında məlumat verib.

“Qərbi Afrikada yeddi ildən artıq müddətdir əsirlikdə saxlanılan doktor Kennet Elliotun azadlığa buraxıldığını elan etməkdən məmnunluq duyuram”, – deyə nazirliyin məlumatında qeyd edilib. Vonq əlavə edib ki, Elliot təhlükəsiz şəraitdədir və sağlamdır, həyat yoldaşı Coslin və uşaqları ilə qovuşub.

Elliotun hazırda 88 yaşı var. O, həyat yoldaşı Coslin ilə birlikdə 2016-cı ilin yanvarında Burkina-Fasoda Niger sərhədi yaxınlığında oğurlanıb. Cütlük Cibo şəhərində klinikaya rəhbərlik edib. Elliot həm də cərrah kimi fəaliyyət göstərib.

BMT hesab edir ki, bu oğurluğa görə “Əl-Qaidə” ilə əlaqəli qruplaşma məsuliyyət daşıyır.

Elliotun həyat yoldaşı Coslin qaçırıldıqdan üç həftə sonra sərbəst buraxılıb. Bütün bu müddət ərzində Avstraliya səlahiyyətliləri onun ərinin azad edilməsinə çalışıblar. Lakin nə hökumət, nə də qaçırılan həkimin ailəsi bunun üçün fidyə ödəməyib.

Related posts

“Google” rəsmi proqramlarla bağlı yenilik etdi

Qonşu ölkədə 2000 il yaşı olan insan qalıqları tapılıb – VİDEO

Çin ikinəfərlik uçan avtomobilin satış tarixini açıqladı – VİDEO