Yaponiyanın sabiq baş naziri belə öldürüldü – YENİLƏNİB (Video izlə)

Yaponiyanın keçmiş baş naziri Şinzo Abenin ölümünü Liberal-Demokrat Partiyasından təsdiqləyiblər.

Bu barədə NHK məlumat yayıb.

Siyasətçi sui-qəsd nəticəsində xəsarət almış və Nara prefekturasındakı xəstəxanalardan birinə çatdırılmışdı. Abe elə xəstəxanada keçinib.

10:34

Yaponiyanın keçmiş baş naziri Şinzo Abeni güllələyən şəxsin kimliyi müəyyənləşib. 

O, Yaponiyanın Nara şəhərinin sakini, keçmiş dənizçi 41 yaşlı Tetsuya Yamaqamidir.

T. Yamaqami polisə verdiyi ilkin ifadəsində bildirib ki, keçmiş Baş nazirin yürütdüyü siyasətindən narazı olub və onu öldürmək qərarına gəlib.

09:46

Yaponiyanın keçmiş Baş naziri Şinzo Abe insanlar qarşısında çıxışı zamanı silahlı hücuma məruz qalıb.

Hadisə Nara şəhərində baş verib. Siyasətçi huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb.

Siyasətçiyə hücum edən şəxs saxlanılıb.

Həkimlərin məlumatına görə, Şinzo Abenin ürəyi dayanmış vəziyyətdədir, həyat əlaməti yoxdur.

Related posts

ABŞ beynəlxalq məhkəməni hədələyir!

Dubayda qeyri-adi sərgi: Əl işləri animasiyaya çevrildi – VİDEO

Gürcüstan parlamentində deputatlar arasında dava düşdü – VİDEO