Yanmış məbədin yerində tikilən 160 illik kilsəni bu dəfə ildırım məhv elədi – FOTO/VİDEO

Massaçusets ştatının Spenser şəhərində (ABŞ) 160 illik kilsə ildırım vurması nəticəsində yanıb.

Sosial şəbəkələrdə yanğının görüntüləri paylaşılıb.

Hadisə nəticəsində zərər çəkən yoxdur.

Yanğının söndürülməsində 100-ə yaxın mütəxəssis iştirak edib. Buna baxmayaraq, alov məbədin qülləsindən birinci mərtəbəyə keçib.

Qeyd edilir ki, taxta və digər materiallardan hazırlanmış kilsə əvvəlki məbəd yandıqdan sonra 1863-cü ildə yenidən tikilmişdi. Bu ərazidə ilk məbəd 1743-cü ildə ucaldılıb.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi