Fələstinin müqavimət kökləri dərindir

Həmas rəsmisi işğal olunmuş Fələstində müqavimət dəstələrinin anti-sionist əməliyyatlarının dini-mənəvi köklərə arxalandığı üçün dayanıqlı olduğunu bildirib.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Hişam Qisam dünən (5 iyun) deyib: Son günlərdə müqavimət qruplarının Nablos, Cənin, Qilqiliyyə, Ramullah və Beyt Ləhmdəki şücaətləri ilə yanaşı sionist qəsəbələrində anti-sionist əməliyyatları onların vətən sevgisi, zülmə qarşı çıxmaq, ədalətsevərlik və dini-mənəvi dəyərlərinin göstəricisidir.

Hişam Qisam həmçinin ötən günlərdə qəsəbə sakinləri ilə yanaşı İsrail polis və hərbi qüvvələrinin Nablos və Əl Xəlilə hücumları nəticəsində şəhid və yaralıların olduğuna işarə edərək təhdidlə vurğulayıb: Saxtakar rejimin vandallığı yalnız və yalnız fələstinlilərin müqavimətini gücləndirmək və onlarda nifrətdən doğan şücaəti artırmaqdan başqa bir işə yaramır.

Related posts

İsrail Həmasa təklif paketinin mətnini dərc edib

Smotriç Netanyahu və digər Gallantın istefasını tələb edir

Sionist rejim Livanın cənubuna artilleriya hücumu edib

2 şərhlər

промокод хбет İyun 7, 2023 - 9:04 səhər
Add Comment