Yakutiyanı güclü yanğınlar bürüyüb (Video izlə)

Rusiya Federasiyasının Saxa (Yakutiya) Respublikasının 13 rayonunda güclü yanğınlar başlayıb.

Məlumata görə, 98 yanğın ocağı 125,6 min hektara yaxın ərazini əhatə edib.

“Yanğınlarla bağlı ən çətin vəziyyət 60 ocağın qeydə alındığı Aldan, Olekminski və Ust-Mayski rayonlarının ərazilərindədir”, – Respublika Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsindən bildirilib.

Yanğının söndürülməsinə 1 300-dən çox insan və 80-ə yaxın texnika cəlb olunub. Ümumilikdə, yanğın mövsümü başlayandan respublika ərazisində 700-dən çox təbii yanğın hadisəsi qeydə alınıb.

Related posts

Messi və yoldaşlarının maaşları bəlli olub –

Hindistanda azı şiddətli ildırımlar: Ölənlər var – FOTO

Romada dəbdəbəli mağazalara kütləvi şəkildə boya töküblər – FOTO