Yadiut Aharanut: Qərb sahilində 3-cü intifazə dövrü qaçılmazdır

Yadiut Aharanut qəzeti Tel Əvivin təhlükəsizlik və hərbi  orqnlarının cəhdlərinə baxmayaraq İordan çayı qərb sahilində Üçüncü İntifazə dövrünün qaçılmaz olduğunu etiraf edib.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, qəzet yazır: Müqavimət qruplarının silahlanması və son zamanlar ciddi cəhdlərinin qarşısını almaq mümkün olmadığı səbəbinə 3-cü İntifazə formalaşmaqdadır. Cenin düşərgəsində son baş verənlərdən sonra sionist hərbçilərin cüzi əməliyyat yetərsizliyi də 3-cü İntifazənin qaçılmaz olduğunu sübut edir.

Müxbir Yoaf Zeyton məlumatlı mənbələrə istinadən yazır ki, sionist rejim təhlükəsizlik sistemləri İordan çayı qərb sahilində təhlükə siqnalı alıb.

Hume qəzeti isə bu gün (7 avqust) məxfi sənədlərə istinadən təhlükəsizlik sistemlərinin işğal olunmuş torpaqlarda 1948-ci ildən bu günə kimi yürütdüyü siyasətin artıq işə yaramadığını, bundan sonra bir deyil, bir neçə cəbhədə planlar qurmasının zərurətini vurğulayıb.

Xatırladaq ki, Yadiut Aharanut bir neçə gün əvvəl də sionist rejim təhlükəsizlik orqanlarının Fələstin Özünüidarə Təşkilatı ilə müqavimət qruplarının birləşməsindən, yeni bir intifazə qurulmasından nigarançılığı barədə məlumat vermişdi.

Related posts

Sionist rejim ABŞ-ın yeni hərbi yardımından narahatdır

Əbu Übeydə: Biz düşmənlə çox uzun sürən müharibəyə belə hazırıq

Qəzzəyə humanitar yardım maşınlarına hücum sionist rejimin nazirlər kabineti üzvlərinin koordinasiyası əsasında baş tutur