Yəmənlilər işğalçılıq əleyhinə yürüş keçiriblər

QafqazTimes xəbər verir ki, Yəmənin Səada və Səna əyalətlərində xalq Səudiyyə koalisiyasının hərbi təcavüzü və müqavimətin yeddinci ildönümünü qeyd etmək üçün yürüş keçirib.
,
Əl-Məsirə-nin məlumatına görə, nümayiş iştirakçıları əllərində Yəmən bayraqları ilə azadlıq və işğalçılara qarşı müqavimətə dəstək şüarları səsləndirərək Amerika bayrağını yandırıblar.

Yəmən xalqının Sənada yürüşünün yekun bəyanatında deyilir: “Biz qəhrəman silahlı qüvvələrimizi Səudiyyə Ərəbistanının daxilinə endirdikləri və düşmən obyektləri ətrafında möhkəm təhlükəsizlik çemberini darmadağın edən cəsur zərbələrə görə təbrik edirik.”

Bu bəyanatda bildirilir ki, Səudiyyə koalisiyasının təcavüzü və mühasirəsi ilə üzləşmək üçün ən doğru variant müqavimətdir.

Bəyanatda deyilir: “Yəmən xalqı inqilab rəhbərinin tövsiyəsi ilə hərbi, təhlükəsizlik, iqtisadi və media cəbhələri də daxil olmaqla bütün cəbhələri gücləndirməyə hazırdır.”

Bəyanatda həmçinin deyilir: “Yəmənin əyalətləri və işğal olunmuş ərazilərindəki qeyrətli soydaşlarımızı işğalçıları ölkədən çıxarmaq və onların muzdlularını əzmək üçün hərəkətə keçməyə çağırırıq.”

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya