Ayətullah Xamenei “Mehdinin mövqeyi” filmi barədə təəssüratlarını söyləyib

QafqazTimes xəbər verir ki, Fars Xəbər Agentliyinin verdiyi məlumata görə, İslam İnqilabının Ali Rəhbəri Ayətullah Xamenei “Mehdinin mövqeyi” adlı yeni çəkilmiş film barədə müsbət təəssüratlar söyləyib.

İran Milli Mediasının rəhbəri Peyman Cəbəli bildirib ki, Ayətullah Xamenei yeni çəkilmiş bu filmi izlədikdən sonra film barədə xoş təəssüratlarını belə qeyd edib:

“Mehdinin mövqeyi” filmi əla alınıb. Dəqiq məqamlar və düzgün rəvayətlə dolu…

Şəhid Mehdi və Şəhid Həmid Bakerinin xarakterləri, xüsusən də filmin əsas obrazı olan Mehdi Bakeri düzgün və dəqiq şəkildə təsvir edilib, nəql olunub.

Filmin süjet xətti innovativ idi, xüsusən də ev və ailə məsələlərinə diqqət yetirilirdi.

Bəzi hissələr, məsələn, “Həmidin şəhadətindən sonra Mehdinin ailəsi ilə qarşılaşması və şəhid qardaşının cənazəsinin geri qaytarılmaması” və “Mən Mehdi Bakeri deyiləm” və ya “Cənab Mehdi Bakerinin şəhadətinin nəqli” kimi hissələr ibrətlərlə dolu idi. Filmdə belə düşündürücü məqamlar çoxdur….

Bu film o filmlərdəndir ki, bitdikdən sonra insan yenidən görmək istəyir.

Bu gözəl işin ərsəyə gəlməsində əməyi olan bütün aktyorlara, filmin rejissoru və prodüssürünə təşəkkür etmək lazımdır…”

Rejissoru Hadi Hicazifər, prodüseri Həbib Valinicad olan “Mehdinin mövqeyi” filmi İran Milli Mediası “Simafilm” Mərkəzinin istehsalıdır. Bu film 40-cı “Fəcr” Film Festivalında 14 nominasiya ilə festivalın ən yaxşı filmi nominasiyası da daxil olmaqla 5 Simurq nominasiyası qazanmışdır.

Related posts

ABŞ-da adamyeyənlik: Yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi – FOTO

Ukraynanın səmasında daha bir işıq saçan müəmmalı obyekt görünüb – VİDEO

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO