Yəmənlilər Fələstin xalqını dəstəkləyir

Yəmənin bütün şəhərlərində sioninst rejimin Qəzzədə törətdiyi cinayətlərə etiraz və fələstinlilərə dəstək məqsədilə geniş miqyaslı aksiyalar təşkil olunub.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, bu gün ( 5 yanvar)Yəmənin bir sıra şəhərində, o cümlədən Səədə vilayətində “Azadələrin qanı qələbə yolunda” adlı genişmiqyaslı aksiyalar təşkil olunub.

Yəmənin şimal bölgəsində yerləşən Səədə vilayətində keçirilən aksiyalarda Fələstin müqavimət dəstələrinə dəstək, ABŞ və sionist rejimə qarşı mübarizəni davam etdirəcəklərini vurğulanıb.

Aksiyalarda rəsmi bəyanat yayımlanaraq sionist rejim cinayətləri pislənib, fələstinə dəstəyin davam edəcəyi, şəhidlərin qanının yerdə qalmayacağı və intiqamlarının alınacağı vurğulanır.

Məlumata görə yəmənlilər düşmən Amerika ilə müharibə və döyüşə tam hazır olduqlarını elan ediblər.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib