Həmas: Qəzzəyə hücumların davam etməsi sionist rejimin məğlubiyyətini tezləşdirir

Fələstində olmayan Həmas liderilərindən biri Saleh Əl Arurinin terroru ilə bağlı çıxışında sionist rejimin Qəzzəyə hücumlarının davamı və Həmas liderlərinin terrorunu işğalçıların məğlubiyyətinin daha da tezləşməsi üçün zəmin yaratdığını deyib.

Əl Aləm telekanalının məlumatına əsasən, Xalid Məşəl bir adudioyazı paylaşaraq qəsbkar rejimin acınacaqlı gələcəyə məhkum olduğunu vurğulayaraq deyib: Bizim mübarizəmiz düşmən sionistlərlə davam edir.

Məşəl deyib: Düşmən Əl Arurini terror etməklə daxili böhranlarının üstünü ört-basıdr etməyə çalışmasından irəli gəlir. Onlar elə bilir ki, Həmas liderlərini şəhid etməklə regional konfliktlər yaranacaq və onlar də bulanlıq göldən balıq tutmaqla təcavüzkarlıqlarını artıra biləcəklər. Amma liderlərin şəhidliyi müqaviməti zərrə qədər də zəiflətməyəcək.

Xalid Məşəl həmçinin qeyd edib: Düşmən 3 aylıq vəhşiliyinə rəğmən və məğlub olduqdan sonra liderlərin terroru ilə özünü ümidvar etmək istəyir. Amma onlar heç bircə məqsədlərinə belə çatmayıb və çatmayacaqlar da.

Related posts

Qəzzəyə humanitar yardım maşınlarına hücum sionist rejimin nazirlər kabineti üzvlərinin koordinasiyası əsasında baş tutur

“İsrail Hizbullahla müharibəyə hazır deyil”

Netanyahu: Misirin Cənubi Afrika şikayətinə qoşulması təhlükəlidir