Yəmənli ekspert: ABŞ Yəmən-Ərəbistan konfliktinin həllini istəmir

Yəmənli jurnalist-analitik deyib: Səudiyyə Ərəbistanı Yəmənlə müharibə istəmir. lakin ABŞ-ın təzyiqləri altında bu konfliktin həlli üçün saziş bağlaya bilmir.

Əl Aləm telekanalının məlumatına əsasən, Əbdül Hafiz Muəccib telekanalla müsahibədə ötən 3 il ərzində Omanlı heyətin Sənaya 10-cu səfəri barədə deyib: Regionda baş verən əsaslı dəyişikliklərə rəğmən, səudiyyəlilər sazişə girməkdən boyun qaçırır, hər dəfə saxta bir bəhanə uydururlar.

Muəccibin sözlərinə görə Oman heyətinin hər səfərindən sonra Ərəbistanla razılıq əlamətləri olsa da, səfərdən sonra Amerikanın maneəsi ilə üzləşirik.

Vaşinqtonun siyasətlərində heç bir dəyişiklik olmadığını vurğulayan Muəccib deyib: ABŞ bu konfliktin bitməsini istəmir və sazişi təxirə salmaqla hamının ona təslim olmasını gözləyir. Çünki ABŞ sülh razılaşmasının Sənanın xeyrinə olacağını yaxşı bilir.

Siyasi təhlilçi həmçinin qeyd edib: ABŞ böhranın tam həll olunmaması şərtilə gərginliyi azaltmaq ardıncadır. Amma Yəmən xalqın müharibə əzabından tamamilə qurtulması və konfliktin yerli-köklü həll olunmasını istəyir.

Related posts

Bayden Yəməndəki fövqəladə vəziyyəti 1 il uzatdı

Hizbullah sionist rejim kəşfiyyat təchizatını məhv etdi

İraq İslami Müqaviməti sionist rejim limanına hücum etdi

1 şərh

Zeus Exchange Avqust 21, 2023 - 7:02 axşam

To get a bonus of 150$, make any exchange in the Zeus Exchange using Promo code “CODE-2023-GO08”

Add Comment