Yəmənli əsir Səudiyyə koalisiyasının muzdurları tərəfindən işgəncəyə məruz qalaraq qətlə yetirildi

Qafqaztimes xəbər verir ki, Yəmən Hərbi Əsirlər Komitəsi elan edib ki, Yəmənin Əl-Beyza vilayətindən olan Ömər İdris Həsən İdris adlı şəxd muzdurlar tərəfindən şəhid edilmişdir.

Əl-Məsirə telekanalına görə, komitə deyib: Həsən İdris Səudiyyə koalisiyası muzdurları tərəfindən Mərib həbsxanalarından birində işgəncə verilərək öldürülmüşdür.

Yəmən Hərbi Əsirlər Komitəsindən edilən açıqlamada bildirilib: “Biz İdrisin qətlini kəskin şəkildə qınayır, təcavüzkarları və onların muzdurlarını bu və digər cinayətlərə görə mənəvi və hüquqi cəhətdən cavabdeh hesab edirik.”

Yəmən Hərbi Əsirlər Komitəsi yerli və beynəlxalq qurumları bu cinayətləri qınamağa və bütün əsirlərin həyatını qorumaqda məsuliyyətli davranmağa çağırıb.

Bu komitənin sədri Abdul Qadir əl-Murtəza, bu yaxınlarda məhbus mübadiləsi işindəki durğunluğun təcavüzkarların və muzdurların ikitərəfli əsir mübadiləsinə girməməsi ilə əlaqəli olduğunu vurğulayıb.

Related posts

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir

İmam Xamenei: Nüvə və insan haqları bəhanədir / Amerika İslam Respublikasının imkanlarından narahatdır