Yəmənin Səda şəhərinə hücumun yekun statistikası; 91 ölü, 236 yaralı

QafqazTimes xəbər verir ki, Əl-Məsirə telekanalının məlumatına görə, Yəmənin Milli Qurtuluş Hökumətinin səhiyyə naziri Səudiyyə koalisiyasının Sədə həbsxanasına hücumu zamanı 91 nəfərin həlak olduğunu, 236 nəfərin isə yaralandığını və müalicə üçün xəstəxanaya yerləşdirildiyini açıqlayıb. Onun sözlərinə görə, yanvarın əvvəlindən indiyədək gərginliyin artması ilə Səhiyyə Nazirliyində 150 ​​ölüm və 350 yaralanma faktı qeydə alınıb.

Sədənin müvəqqəti valisi Məhəmməd Cabir isə müstəqil beynəlxalq təhqiqat komissiyasının yaradılmasına və bu cinayətin qatilləri və icraçılarının təqib edilməsinə çağırış edib. O, əlavə edib ki, qeyd olunan həbsxanaya Beynəlxalq Qızıl Xaç Komitəsi də baş çəkib.

Qeyd edək ki, cümə günü səhər saatlarında Səudiyyə-BƏƏ koalisiyası Yəmənə qarşı hücumlar həyata keçirib və bu hücumlarda çoxlu sayda mülki şəxs, o cümlədən uşaqlar həlak olub. Bundan əlavə Yəmənin telekommunikasiya binasını hədəf alan hücumlar zamanı ölkədə internetə çıxış tamamilə kəsilib. Sədaya edilən hücumlarda çoxlu sayda məhbus da həlak olub.

Əl-Xəbər Əl-Yəməni xəbər saytının məlumatına görə, bu gün Səda həbsxanasının binasında ABŞ istehsalı olan raketin qalıqları tapılıb. 2018-ci ilin əvvəlində Səudiyyə koalisiyasının yəmənli uşaqları daşıyan avtobusa hücumu zamanı da ABŞ istehsalı olan raketin qalıqları tapılmışdı.

Related posts

Yəhudilər Qəzzada döyüşdən qaçır…

Şahin Mustafayev və İran səfiri arasında görüş olub

General-mayor Salami: Aralıq dənizinin şərqini düşmən  yolunu kəsəcəyik