Səudiyyə Ərəbistanının Yəmənin şimal sərhəd bölgəsi olan Səədəyə təcavüzləri nəticəsində hər gün ölüm və yaralı faktları davam edir.
Əl-Aləm telekanalının məlumatına əsasən, yəmənlilərin səylərinə rəğmən Ərəbistan hərbçiləri Sədənin Razih, Minbə, Əl-Zahir və Şədda mənəqələrində onlarla yəmənlini qətlə yetirir.
Bir sıra analitiklərin fikrincə bu hücumlar Ərəbistanın sülh yaranmamasına göstərdikləri cəhddən irəli gəlir. Çünki bu təkcə yanvar və fevral aylarında yəmənlilərin ölüm və yaralanma sayı 350 nəfərə çatıb.
Məlumatda həmçinin deyilir: Yəmənin sərhəd bölgəsində yerləşən xəstəxanaları Səudiyyə hücumları qurbanları ilə doludur. Ekspertlərin fikrincə belə bir şəraitdə Riyazın sülh yolunu seçməsi, yəmənli komandirlərin səbri və sükutu ilə öz-özünü aldatmaması gərəkdir. Çünki təcrübələrə əsasən, Yəmənin qətiyyətli cavabında gecikmə ola bilər, amma səbir kasası dolarsa, mütləq ağır nəticələr verəcək.