İsrail İran-Ərəbistan koalisiyasından nigarandır

Çinin mediasiyası ilə İran-Ərəbistan sazişi sionist rejiminin nigarançılığına səbəb olub.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, sionist Neftali Bent koalisiya yaranması ilə Tel-Əviv siyasətlərinin alt-üz olacağından qorxduğunu, İsrailin reginda İran əleyhinə  formalaşdırdığı atmosferin məhv olacağını ehtimal verib.

Neftali Bent deyib: Ərəbistanla İran əlaqələri İsrail üçün böyük təhlükədir

İsrailin keçmiş XİN başçısı Yair Lapid də bu ehtimalla təhlükələrin başlandığından narahat olduğunu dilə gətirib. O, twetter hesabında yazıb: İran-Ərəbistan razılaşması İran əleyhinə yaratdığımız regional təfəkkür tərzini darmadağın etmək deməkdir.

 Səudiyyə Ərəbistanı və İran arasındakı mövcud ikitərəfli münasibətlər. İki ölkə arasında münasibəıtlər İran İslam İnqilabından (1979) sonra olduqca gərgindir. Səudiyyə Ərəbistanı tehranı Şiəliyi dəstəkləməkdə, İran isə Ər-Riyadı şiə azlığının hüquqlarını pozmaqda ittiham edir. Bununla yanaşı həcc ziyarətinin həyata keçirilməsində iranlı zəvvarlar üçün müəyyən problemlər yaranır. İkitərəfli münasibətlər (1988 və 2016) Səudiyyə Ərəbistanının təşəbbüsü ilə dayandırılıb. Amma ötən günlərdə İran prezidentinin yeni siyasətləri sionistləri nigaran edib.

Related posts

İran: Müsəlman ölkələrinin Qəzzə müharibəsindəki mövqeyi tarixə yazılır

Qəzzada kütləvi məzarlıqlar…

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO