“Yəmənin Ərəbistandan asılılıq dövrü başa çatdı”

Yəmən ali siyasi şurasının müşaviri artıq dövlət düşmənlərinin qarşısında qüdrət qazanıldığına işarə edərək deyib: Ərəbistan artıq bizim onlardan asılılıq dövrünün başa çatdığını anlamalıdır.

Məhəmməd Tahir Ənəm Əl Məsirə telekanalına müsahibəsində vurğulayıb: Yəməndə sülh məsələsi Ərəbistanın yaxşı niyyətindən asılıdır. Onlar Yəmən xalqının Allahln qüdrətinə, təcavüzkarlara qarşı ədalətinə arxalandıqlarını bilməlidirlər.

Qeyd edək ki, son günlərdə Sənada Ərəbistan və Oman rəsmiləri arasında Yəməndə atəşkəs və əsir mübadiləsi məsələsi müzakirə olunmaqdadır. Yəmənlə Səudiyyə Ərəbistanı arasında 8 il əvvəl başlanan münaqişə hələ də davam edir. Bu müharibədə Yəmən infrastrukturlarına on milyardlarla maddi ziyan dəyib və yüzlərlə insan həlak olub.

Related posts

Misir: Həmas-İsrail müzakirəsi ilk gündə nəticə vermədi

Bayden: Universitet antisemitizm məkanı deyil

İraq üçüncü dəfə sionist rejimin bir mövqeyini hədəfə aldı