Yəmənin “Əl-Mukəlla” limanı Ənsarullahın təhdidlərindən sonra bağlandı

QafqazTimes xəbər verir ki, yerli Yəmən mənbəsi çərşənbə axşamı ölkənin şərqindəki Əl-Mukəlla limanının üzərində bir neçə pilotsuz təyyarənin görünməsindən sonra onun tamamilə bağlandığını bildirib.

Bu mənbə “Əl-Mayadeen” xəbər kanalına bildirib: Pilotsuz təyyarələrin bu limanın üzərindən uçuşu müşahidə edildikdən sonra Əl-Mukəllada yerləşən hava hücumundan müdafiə sistemlərinin güclü atış səsləri eşidilib.

Mənbə təcavüzkar Səudiyyə-BƏƏ ittifaqına bağlı muzdluların hədsiz qorxu içində olduqlarını və hazırda bu limanın və Həzrəmövtdə “Əl-Xələf” ərazisinin elektrik enerjisinin tamamilə kəsildiyini bildirib.

Bu mənbə həmçinin vurğulayır ki, Səudiyyə koalisiyasına məxsus böyük neft tankeri (Yəmən neftini talan etmək üçün) bu limana daxil olduqdan sonra bu dronların uçuşu müşahidə edilib.

Ötən cümə günü də təcavüzkar Səudiyyə koalisiyasının işğalı altında olan Əl-Zabba limanında iki partlayış baş vermişdir. Bu partlayışlar neft yükləri daşıyan gəminin gəlməsi ilə eyni vaxtda baş verib.

Bu partlayışlara pilotsuz təyyarələrin hücumu səbəb olub. Bu partlayışlar nəhəng neft tankeri iki milyon barrel xam nefti daşımaq üçün sözügedən limana daxil olduğu zaman baş verib. Bu tanker Həzrəmövtün qərbindəki “Əl Məsilə” yataqlarından yığılan nefti naməlum istiqamətə daşımaq niyyətində olub.

Yəmən silahlı qüvvələrinin sözçüsü Yəhya Səri bir neçə saat sonra bu partlayışların Yəmən qüvvələrinin hücumları ilə bağlı olduğunu açıqlayıb.

Qeyd edək ki Həzrəmövt əyaləti Yəmənin ən böyük neft istehsalçısıdır və Səudiyyə muzdluları işğal etdikləri ərazilərdə ölkənin neftini talan etmək üçün dəfələrlə qarşıdurmada olmuşlar. Yəmənin Milli Qurtuluş Hökumətinin Neft Nazirliyi bir müddət əvvəl Səudiyyə koalisiyasının Yəmənin təxminən 10 milyard dollarlıq neft ehtiyatını ələ keçirdiyini açıqlamışdı.

Related posts

İran: Müsəlman ölkələrinin Qəzzə müharibəsindəki mövqeyi tarixə yazılır

Qəzzada kütləvi məzarlıqlar…

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO

1 şərh

baccaratcommunity Fevral 25, 2023 - 6:46 səhər

It’s really great. Thank you for providing a quality article. There is something you might be interested in. Do you know baccaratcommunity ? If you have more questions, please come to my site and check it out!

Add Comment